In vitro

In vitro (lat. vitrum — "şüşə", azərb. şüşənin içində‎) — eksperimental biologiyada canlı orqanizmlərdən kənarda, sınaq şüşəsində təcrübələrin aparılması texnologiyası. Təcrübələrin canlı orqanizmlər, insan və ya heyvanlar üzərində aparıldığı in vivo terminin əksidir.

Molekulyar biologiya, biokimya, farmakologiya, tibb, genetika və digər sahələrə aid olan bir çox eksperimentlər in vitro, canlı hüceyrələrin və ya hüceyrəsiz modellərin üzərində aparılır.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search